Ru
22:57 / 23 Aprel 2026

İrəvanda Türkiyə bayrağı yandırıldı, Paşinyan etiraz etdi - VİDEO

İrəvanda Türkiyə bayrağı yandırıldı, Paşinyan etiraz etdi - VİDEO
Eye

İrəvanda qondarma “erməni soyqırımı”nın ildönümü ilə bağlı keçilən yürüşdə Türkiyənin dövlət bayrağı yandırılıb.

Bakupost.az Lent.az-a istinadən xəbər verir ki, ölkənin Baş naziri Nikol Paşinyan hadisəni pisləyib.

Yürüş iştirakçılarının bayrağı yandırması sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryanın sözlərinə görə, Paşinyan bu addımı məsuliyyətsiz və yolverilməz hesab edir.

"Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusilə də qonşu ölkənin bayrağının yandırılması dövlət rəhbəri tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu, açıq şəkildə təxribat xarakterli və gərginliyi artırmağa yönəlmiş davranışdır", - Baqdasaryan Paşinyanın mövqeyini səsləndirərkən vurğulayıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar