Azərbaycan güləşçisi Günay Qurbanova Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
Bakupost.az xəbər verir ki, bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, 59 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda rusiyalı Marta Getmanova ilə qarşılaşıb. Rəqibinə 7:5 hesabı ilə qalib gələn idmançımız bürünc mükafata sahib çıxıb.