Ru
23:29 / 23 Aprel 2026

Pezeşkiandan Trampa sərt cavab: Sizi peşman edəcəyik!

Pezeşkiandan Trampa sərt cavab: Sizi peşman edəcəyik!
Eye

İranda "sərt xətt tərəfdarları" və "mülayimlər" arasında hər hansı bir ayrı-seçkilik yoxdur.


Bakupost.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezaşkian ABŞ Prezidenti Donald Trampın sözlərinə cavab olaraq deyib.

"Hamımız iranlıyıq və inqilabçıyıq. Millətin və dövlətin dəmir birliyi ilə, ölkə liderinin göstərişlərinə tam itaət etməklə təcavüzkarı peşman edəcəyik. Tək Tanrı, bir millət, bir lider və bir yol - bu, İran üçün canımızdan əziz olan qələbə yoludur", - deyə Pezeşkian bildirib.

Qeyd edək ki, Tramp daha öncə İranda liderlik mübarizəsinin getdiyinə dair iddia irəli sürmüşdü:

“İran liderinin kim olduğunu anlamaqda çox çətinlik çəkir. Onlar həqiqətən bilmirlər. Daxili münaqişələr meydanda ciddi şəkildə uduzan "sərt xətt tərəfdarları" ilə o qədər də mülayim olmayan, amma hörmət edilən "mülayimlər" arasında şiddətli mübarizə gedir".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar