Ru
23:10 / 23 Aprel 2026

"İranın nüvə bombası 20 illik qondarma bir xəyaldır" - Bəqai

"İranın nüvə bombası 20 illik qondarma bir xəyaldır" - Bəqai
Eye

"İran danışıqlarda heç vaxt nüvə bombası yaratmaqdan danışmayıb və "10 bomba" iddiası qarşı tərəfdən irəli sürülüb".


Bakupost.az xəbər verir ki, bunu İran XİN-nin sözçüsü İsmail Bəqai bildirib.

Bəqayi həmçinin "İranın nüvə bombası" məsələsini "20 illik xəyali rəvayət" adlandırıb və iddia edib:

"Dünya iyirmi ildən çoxdur ki, İranın nüvə bombası haqqında rəvayətdən qorxur və bu rəvayətin mənşəyi İsraildir."

Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ ilə danışıqlara girməyi rejimin ümumi qərarı hesab edərək deyib:

"Son raundda narahatlıqları həll etmək məqsədilə onların və bizim nöqteyi-nəzərimizdən İranın nüvə hüquqlarını təmin etməkdə ilkin anlaşma üçün bəzi əsas parametrlər barədə razılığa gəlinib.
Müvafiq olaraq, qarşı tərəfin təklifi ilə məsələnin texniki aspektlərini müzakirə etmək üçün Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin iştirakı ilə görüş keçirilməsi qərara alınıb; bu, iki tərəf arasında son birgə razılaşmadır".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar