Ru
13:41 / 21 Sentyabr 2023

“Azərbaycan sübut etdi ki, onunla hesablaşmaq lazımdır” - Şərh

“Azərbaycan sübut etdi ki, onunla hesablaşmaq lazımdır” - Şərh
Eye

"Erməni separatçıları bir müddətə əvvələ qədər Azərbaycana təslim olmayacaqlarını, reinteqrasiya etməyəcəklərini, hərbi birləşmələrin hər zaman onları qorumaq üçün bölgədə qalacağını bildirdilər. Onların keçmiş və indiki liderləri, Ermənistan dövləti bir daha "Dəmir yumruq" yeyərək təslim olmaq məcburiyyətində qaldılar. Azərbaycan bir gün ərzində apardığı anti-terror əməliyyatı nəticəsində öz məqsədinə çatdı. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar”.


Bunu Bakupost.az -a politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, buna qədər Azərbaycan separatçılara görüş təklif etmişdi. Lakin separatçılar görüşdən imtina etdi:


“Azərbaycan dəfələrlə bəyan edirdi ki, terrorçu qruplar təxribatlar törədir, atəşkəsi pozur. Amma dünya birliyi susurdu. Hətta beynəlxalq miqyasda Azərbaycana qarşı kampaniyalar aparılırdı. Ermənistan özünə yaxın dövlətlərlə ölkəmizə qarşı çirkin planalar hazırlayırdı. Ayrı-ayrı beynəlxalq və regional oyunçuların regionla bağlı planları var idi. Lakin rəsmi Bakının apardığı siyasət bütün bu planları alt-üst etdi. Bununla da Azərbaycan sübut etdi ki, onunla hesablaşmaq lazımdır. Ölkəmiz suverenlik, ərazi bütövlüyü məsələsində heç kəsə güzəştə getməyəcək”.


Sevinc
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar