Ru
14:06 / 08 Aprel 2021

Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri: Məqsəd nədir? - ŞƏRH

2827
Bu gün ölkəmizdə Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başlayıb. Təlimlər zamanı hərbi rabitəçilər təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonlarına çıxarılaraq, vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirirlər.

Bəs keçirilən təlimlərin əhəmiyyəti nədən ibarətdir? Birgə təlimlər region üçün nə vəd edir?

Mövzu ilə bağlı Bakupost.az -a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, dünya miqyasında texnoloji inkişaf müasir müharibələrin aparılmasının forma və üsullarını dəyişməyi tələb edir:



“Bu baxımdan Azərbaycanın Türkiyə ilə birgə apardığı rabitə qoşunlarının təlimləri xüsusi bir əhəmiyyət daşıyır. Biz müharibədən sonrakı dövrdə bir daha ordumuzun istifadə etdiyi rabitə vasitələrinin nəinki Ermənistanla müqayisədə, hətta MDB məkanında ən üstün səviyyəyə malik olduğunu nümayiş etdirdik. Təlimlər göstərdi ki, Azərbaycan hazırda müasir tələblərə cavab verən rəqəmsal rabitə vasitələri, peyk avadanlıqları ilə təchiz olunub. Əvvəl də bu təlimlərdə yeni vasitələrin xüsusən, ASELSAN şirkətinin rəhbərliyinin ölkə Prezidenti ilə görüşündə səsləndirdiyi fikirlərdən irəli gələrək, yeni bir vasitələrin təqdim olunacağının anonsunu vermişdim. Bu təlimlərdə biz ilk dəfə rabitə qoşunlarımızın ASELSAN şirkətinin istehsalı olan PRC-5433 EHKET və PRC / VRC-9661 radiostansiyaların ictimaiyyətə rəsmi nümayiş etdirildiyinin şahidi olduq. Bu vasitələr Vətən müharibəsində də aktiv istifadə edilsə də, lakin ictimaiyyətə ilk dəfə təqdim olundu. Ümumilikdə isə Türkiyə ilə Azərbaycan arasında qoşun komandanlarının idarəetmə məntəqələri ilə birlikdə yaradılan videokonfrans bir daha 2 ölkənin real rabitə imkanlarını regiona, eləcə də Azərbaycan və Türkiyə qarşısında özünü görmək istəyən qüvvələrə real ismarıclar verdi. Gələcəkdə də Azərbaycanda türk modelinin tətbiq olunması ilə əlaqədar bu tip təlimlərin digər qoşun növləri arasında da keçiriləcəyi gözlənilir”.

Aygün Nəbiyeva

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər