Ru
13:30 / 17 İyun 2026

Bakıda küçədə qadın kişini döydü: İkisi də saxlanıldı - VİDEO

Bakıda küçədə qadın kişini döydü: İkisi də saxlanıldı - VİDEO
Eye

Bakıda küçədə qadınla kişinin bir-birini döyməsini əks etdirən görüntülər yayılıb.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu Atatürk prospektində baş verib.

Hadisə zamanı tərəflər bir-birinə zərbələr endirib.

Görüntülərdən qadının kişiyə daha çox zərbələr endirdiyi görünür.

Bildirilib ki, insidentdə iştirak edən 38 yaşlı qadın və həmyaşıdı R.Zeynalov polis əməkdaşları tərəfindən müəyyən edilərək ərazi üzrə müvafiq Polis Şöbəsinə gətiriliblər.

Hadisə şəxsi münasibətlər zəminində baş verib. Hazırda araşdırmalar davam etdirilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar