Ru
09:51 / 26 Dekabr 2025

Azərbaycan vətəndaşı Monteneqroda qəzada öldü

Azərbaycan vətəndaşı Monteneqroda qəzada öldü
Eye

Monteneqroda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan vətəndaşı həyatını itirib.

Bakupost.az yerli “Vijesti” nəşrinə istinadən xəbər verir ki, dünən axşam saatlarında (25 dekabr) 26 yaşlı Tariverdi Nəciyev Bijelo Pole–Moykovats magistralında, Sliyepats Most yaşayış məntəqəsi ərazisində qəzaya düşüb. Monteneqronun Bar şəhərinə məxsus nömrə nişanlı, “Audi A6” markalı avtomobilin sürücüsü naməlum səbəbdən idarəetməni itirərək yol kənarındakı səkiyə çırpılıb.

Hadisə yerinə Bijelo Pole yanğın-xilasetmə xidməti cəlb olunub və yaralı avtomobildən çıxarılaraq təcili şəkildə Bijelo Pole Xəstəxanasına çatdırılıb. Lakin Nəciyevin həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, meyitin Monteneqro Klinik Mərkəzində məhkəmə-tibbi ekspertizadan keçirilməsi planlaşdırılır. Qəzanın səbəbləri araşdırılır.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar