Azərbaycan Televiziyasında görkəmli yazıçı Mircəlal Paşayevin eyniadlı romanı əsasında “Dirilən adam” serialı çəkilir.
Bakupost.az xəbər verir ki, serialın əsas süjet xətti ailə-məişət konfliktlərinə əsaslanır.
Rejissor Bəhram Yaqublu bildirib ki, “Dirilən adam” 150 bölümdən ibarət olacaq:
“Ailə-məişət dramI janrında hazırlanan serialda yüksək peşəkarlığa malik aktyor heyəti toplanıb. Hər bir aktyor öz obrazının xarakterini ustalıqla canlandırır. Çəkiliş məkanlarımız isə müxtəlifdir”, – deyə o qeyd edib.
“Dirilən adam” serialı dekabrın 1-dən etibarən hər həftə 5 gün, saat 22:00-da AzTV-də yayımlanacaq.
Daha ətraflı AzTV-nin süjetində: