Ru
17:06 / 09 Aprel 2026

Ailələr ən çox hansı rayonda dağılır? – Günbəgün böyüyən rəqəmlər

Ailələr ən çox hansı rayonda dağılır? – Günbəgün böyüyən rəqəmlər
Eye

2025-ci ildə Azərbaycanın iqtisadi rayonları və inzibati ərazi vahidləri üzrə boşanmaların sayı məlum olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, Bakı şəhərində ötən il ümumilikdə 6 307 boşanma faktı qeydə alınıb. Bölgələrə gəldikdə, boşanmalarla bağlı ən yüksək rəqəm Qarabağ iqtisadi rayonunda, ən az rəqəm isə Dağlıq Şirvan iqtisadi rayonunda qeydə alınıb, müvafiq olaraq 1 590 və 577 boşanma. Qarabağ iqtisadi rayonunda ən çox boşanma Ağdamda qeydə alınıb-437 hal.
Sosioloq Mail Yaqub Bakupost.az-a bildirib ki, bölgələr üzrə boşanma hallarında Qarabağ iqtisadi rayonunun “lider” mövqedə yer alması ilk növbədə həmin ərazidə ailə institutunun zəif olmasından qaynaqlanır:

“Azərbaycanda boşanma halları çoxdur. Məsələyə bölgələr üzrə baxdıqda, hansısa bir rayonda boşanmaların sayı digərlərilə müqayisədə az və yaxud çox ola bilər. Bu gözləniləndir. Bölgələr üzrə boşanmalara görə Qarabağ iqtisadi rayonunun “lider” olması ola bilsin həmin regionda ailə institutunun digər yerlərlə müqaisədə bir qədər zəif olmasından irəli gəlir”.

Digər tərəfdən, ekspertə görə mövcud durumun yaranmasında ailəyə baxış bucağının fərqli olması da rol oynaya bilər:

“Burada insanların mədəniyyəti, dünyagörüşü və əxlaq səviyyəsinin birbaşa təsirinin rolunu da istisna etmək olmaz”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar