Ru
17:35 / 04 Mart 2022

Azərbaycanda canavar ovu qadağandır

Azərbaycanda canavar ovu qadağandır
Eye

“Canavar Avropada nəsli tükənməkdə olan heyvan növüdür”.


Bakupost.az xəbər verir ki, bunu ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.


O bildirib ki, Azərbaycan da Bern konvensiyasına tərəfdar çıxır: “Həmçinin bu il artıq 2023-cü ildə “Qırmızı kitab”ın yeni nəşrində bu məsələyə baxılacaq. Azərbaycanda canavar ovu qadağandır, amma “Qırmızı kitab”a hələ daxil edilməyib”.

Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov bildirib ki, canavarla mübarizənin yeganə yolu onu ovlamaqdan ibarət deyil: “Mal-qaranı canavardan qorumağın daha müasir üsulları var. Azərbaycanın daxil olduğu beynəlxalq sazişlərdə canavarların mühafizəsi xüsusi bənddir. Canavar beynəlxalq konvensiyalarla qorunur. Digər tərəfdən çaqqallar yaşayış məskənlərinə yaxınlaşmağa başlayıblar. Bu da məişət tullantıları ilə bağlıdır. Çaqqallar tullantıların içində eşələnir və qida əldə edir. Əhali elə bilir çaqqalların sayı artıb, amma bu belə deyil. Ayılar da həmçinin. Ayılar da məişət tullantılarına görə kəndlərə daha çox yaxınlaşır”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar