Ru
15:42 / 26 Fevral 2026

Azərbaycanda dollar satışı kəskin AZALDI

Azərbaycanda dollar satışı kəskin AZALDI
Eye

2026-cı ilin yanvar ayında Azərbaycanda banklar tərəfindən nağd ABŞ dollarının alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 260 milyon 423 min təşkil edib.


Bakupost.az APA-ya istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 36.5% və ya 149.9 milyon ABŞ dolları azalıb.

Qeyd edək ki, hesabat dövründə bankların nağd ABŞ dolları alışı 2025-ci ilin yanvar ayı ilə müqayisədə 7.5% artaraq 124.9 milyon, satışı isə 2.2 dəfə azalaraq 135.6 milyon təşkil edib.

Bu dövrdə banklar tərəfindən nağd avronun alışı ötən ilin yanvar ayı ilə müqayisədə 2.7% azalaraq 9.5 milyon, satışı isə 2.1 dəfə azalaraq 8.1 milyon təşkil edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar