Ru
17:04 / 18 Mart 2026

Azərbaycanda evlənənlər azalıb, ölənlər çoxalıb

Azərbaycanda evlənənlər azalıb, ölənlər çoxalıb
Eye

Yanvar ayında nikahların və boşanmaların sayı azalıb.

Bakupost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 2026-cı ilin ilk ayında 2922 nikaha daxilolma və 1779 boşanma halı qeydə alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,4-dən 3,4-ə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.

Bununla yanaşı bu ilin yanvar ayı ərzində ölkədə 6243 ölüm halı qeydə alınıb. Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,6-dan 7,2-yə qədər artıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar