Samux rayonunda qaz sızması ağır faciə ilə nəticələnib.
Hadisə rayonun Alıuşağı kəndində baş verib. Evdə qaz partlaması nəticəsində 2000-ci il təvəllüdlü Vəliyeva Aytəkin Nazim qızı ağır xəsarət alıb. İlkin məlumata görə 21 yaşlı qadının vəziyyəti ağırdır.
Onun bədəninin əksər hissəsi yanıb. Hazırda hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.