Ru
16:20 / 22 Yanvar 2026

Azərbaycanda ilk robotik cərrahiyyə əməliyyatı icra olundu

Azərbaycanda ilk robotik cərrahiyyə əməliyyatı icra olundu
Eye

Bu gün Azərbaycanda ilk dəfə robotik cərrahiyyə əməliyyatı həyata keçirilib.

Bakupost.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov məlumat verib.


Onun sözlərinə görə, Yeni Klinikada 22 yaşlı pasiyentin öd kisəsi əməliyyatı olunub.

Təxminən bir saat davam edən əməliyyat uğurla başa çatıb, xəstənin vəziyyəti isə kafidir.

V.Qurbanov bildirib ki, bu sistemə keçid ölkə səhiyyəsində yeni inkişaf mərhələsi hesab olunur və gələcəkdə daha mürəkkəb əməliyyatların icrasına imkan yaradacaq:

"Robotik sistem heç bir qərar vermir, proses cərrah tərəfindən idarə olunur. Əməliyyat zamanı qan itkisi minimal olur, xəstə isə daha tez sağalır.
Sistem çoxsaylı sensorlarla təchiz edilib və hər hansı təhlükəli vəziyyət yarandıqda avtomatik olaraq dayanır".

Lalə,
BakuPost




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar