Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Aqil Dadaşov vəzifəsindən azad olunub.
Bakupost.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Taleh Qaraşov müvafiq əmr imzalayıb.
Buna səbəb onun indiyədək icra etdiyi "Başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri" vəzifəsinin ləğv olunmasıdır.
Aqil Dadaşovun vəzifəsinin ləğv edilməsinə baxmayaraq, icra başçısının digər əmrilə o, yeni yaradılan Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri postuna təyin edilib.
Qeyd edək ki, A.Dadaşov 2024-cü ildən başçının müavini vəzifəsində çalışırdı.