Bu ilin ilk 8 ayı ərzində Azərbaycana xarici ölkələrdən 98 milyon 703,2 min dollar dəyərində 13 min 625,6 ton kərə yağı idxal olunub.
Bakupost.az -ın Yeniavaz.com-a istinadən xəbərinə görə, xaricdən gətirilən kərə yağının bir kiloqramının orta gömrük dəyəri 7,2 dollar (12,2 manat) olub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə idxal olunan kərə yağının bir kiloqramının orta gömrük dəyəri 5,3 dollar (9 manat) təşkil edib.
Açıqlanan rəqəmlərdən də göründüyü kimi, idxal olunan kərə yağının gömrük dəyəri son bir ildə 35,5% bahalaşıb.
Onu da bildirək ki, bu ilin ilk 8 ayında Azərbaycan 18 ölkədən kərə yağı idxal edib.
Ən çox kərə yağı İrandan (5 372,9 ton), ən az isə İspaniya və Lüksemburqdan (hər birindən 0,01 ton) gətirilib.
Ən baha kərə yağı Lüksemburqdan (bir kiloqramı 117,3 manat), ən ucuz isə Hindistandan (9,8 manat) idxal edilib.
Ötən ildən fərqli olaraq, bu il Azərbaycana Səudiyyə Ərəbistanından da böyük miqdarda – 1 011,4 ton kərə yağı gətirilib.
Bu ilin ilk 8 ayında Azərbaycan aşağıdakı ölkələrdən kərə yağı idxal edib:
İran – 5 372,89 ton (bir kiloqramının orta gömrük dəyəri 10,5 manat)
Türkiyə – 161,62 ton (13,1 manat)
Yeni Zelandiya – 3 205,55 ton (13,1 manat)
Ukrayna – 1 078,7 ton (12,6 manat)
Səudiyyə Ərəbistanı – 1 011,42 ton (14,5 manat)
Belarus – 924,55 ton (12,9 manat)
Finlandiya – 749,51 ton (16 manat)
Hindistan – 429 ton (9,8 manat)
Fransa – 259,68 ton (16,6 manat)
Almaniya – 236,89 ton (16,4 manat)
Belçika – 82,5 ton (15,2 manat)
Litva – 55,12 ton (15,4 manat)
Türkmənistan – 20 ton (9,9 manat)
İtaliya – 17,46 ton (20,6 manat)
Polşa – 14,95 ton (15 manat)
Rusiya – 5,07 ton (17,9 manat)
Portuqaliya – 0,64 ton (38,3 manat)
İspaniya – 0,01 ton (11,9 manat)
Lüksemburq – 0,01 ton (117,3 manat)
Məlumat üçün onu da qeyd edək ki, bu ilin avqust ayında marketlərdə kərə yağının orta pərakəndə satış qiyməti bir kiloqram üçün 24,1 manat olub.
Azərbaycanda "KərəYağı" adıiləsatlan yalar ın tərkiinədən təşkil olunub axıonlarda kərəyağıoxusu.keyfiyyti yoxdur. AQTA niyə bun araşdrmır? Axı bu yaların təribi oduqca şübhəyaratdığıhamıya llidir.Niyəbu msələ örtülüsaxlanılır? rüşət mane olr7Bəs millət.insan salamlığı.səhiyyə nəzarəti? Texniki palma yağlarının .marqarin yağlarının qatılma ehtimalı böyükdür.TNiyəbuna nəzart edilmir..Əksinəgünbəgün qiymət qrtımı edilir.Müayisə üçün Türkiyə istesalındakı kərə yağıarına diqqət etmək kifayətdir.
Kərə yağlı marqarin, amma qiymətə bax. Yoxlayin.
İdxal olunan yağların adının açıqlanması mümkündürmü?
ismayloğlu