Bu gün saat 11:30 radələrində “20 Yanvar” stansiyasının palatformasında bir nəfər kişi cinsli sərnişinin halı pisləşib.
Bakupost.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-dən məlumat verilib.
Bildirilib ki, Dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib.