Ru
12:51 / 17 Yanvar 2026

“Azəristilik Təchizat”ın kollektiv cəzalandırma metodu – Xətai sakinləri soyuqla imtahan edilir – FOTO

“Azəristilik Təchizat”ın kollektiv cəzalandırma metodu – Xətai sakinləri soyuqla imtahan edilir – FOTO
Eye

“Xətai rayonu, Babək prospekti, bina 8-in (19 mərtəbəli bina) sakinləri artıq dörd gündür ki, “Azəristilik Təchizat” ASC-nin qeyri-insani və hüquqazidd davranışı ilə üz-üzə qalıblar. Qışın ən sərt çağında bir qrup sakinin borcuna görə bütün binanın istilik təminatının dayandırılması sadəcə texniki problem deyil, vətəndaş hüquqlarına qarşı yönəlmiş açıq bir qəsddir”.

Bakupost.az xəbər verir ki, bu sözləri jurnalist Elçin Aslangil sosial şəbəkədəki statusunda yazıb.

Jurnalistin sual edir ki, “Azəristilik Təchizat” rəhbərliyi hansı hüquqi əsasla “kollektiv cəza” mexanizmini tətbiq edir: “Borcunu vaxtında ödəyən intizamlı, abonentlərin günahı nədir ki, onlar məsuliyyətsiz qonşularına görə evlərində donmalıdırlar? Bu yanaşma həm mülki qanunvericiliyə, həm də istehlakçı hüquqlarına tamamilə ziddir. Bir nəfərin öhdəliyini yerinə yetirməməsi, yüzlərlə insanın — körpələrin, xəstələrin və yaşlıların həyatını riskə atmaq üçün əsas ola bilməz”.



Elçin Astangilin sözlərinə görə, sakinlər bu vəziyyəti tarixin ən dəhşətli soyuqlarından olan “1709-cu il Böyük Donvurması” ilə müqayisə edirlər: “Lakin bir fərqlə: o zaman səbəb təbiət hadisəsi idi, bu gün isə səbəb bir qurumun yarıtmaz idarəçiliyi və amansızlığıdır. Bu, təbiətin qırımı deyil, “Azəristilik Təchizat”ın süni şəkildə yaratdığı humanitar böhrandır.

Sözügedən binada qaz təchizatı yoxdur. Bu o deməkdir ki, istilik kəsildiyi andan etibarən sakinlər tamamilə müdafiəsiz qalır. Qurumun bu hərəkəti insanları çıxılmaz vəziyyətə salır:

O, yenə sual edir ki, insanlar mənzillərinin ortasında tonqal qalamalıdır: “Yoxsa elektrik şəbəkəsini həddindən artıq yükləyərək yanğın təhlükəsi yaratmalıdırlar?

Nəticə etibarilə: "Azəristilik Təchizat" ASC öz yığım problemlərini vətəndaşları girov saxlamaqla həll edə bilməz. Borclu ilə fərdi qaydada, məhkəmə müstəvisində işləmək əvəzinə, bütöv bir binanı soyuğa məhkum etmək idarəçilik acizliyidir.

Qanunsuz tətbiq edilən bu "kollektiv cəza" dərhal dayandırılmalı və binaya istilik verilməsi bərpa olunmalıdır!"

Gülsüm, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar