Hikmət Rəhimovun quruluşçu rejissoru və baş rol ifaçısı olduğu “Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb.
Bakupost.az xəbər verir ki, bununla bağlı kinoteatrın sosial şəbəkə hesabında məlumat yayılıb.
Ekran işinin növbəti bölümləri bundan sonra kinoteatrda yayımlanmayacaq.
Bir neçə gün əvvəl serialın ilk bölümündə qeyri-etik ifadələrin işlədildiyi üçün ARB kanalı cəzalandırılıb. Audiovizual Şura həmin kadrları “Media haqqında” qanunun tələblərinə zidd sayıb. Nəticədə kanalın yayımının 3 saatlıq dayandırılmasına qərar verilib.
Serialın bölümləri “YouTube” platformasından da silinib.