Ru
22:41 / 13 Yanvar 2020

Azərbaycanda ötən il 2,6% inflyasiya qeydə alınıb

4489
"2019-cu ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 2,6% təşkil edib ki, bu da MDB məkanında ən aşağı hədlərdən biridir".


BakuPost
xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə deyib.

Elman Rüstəmov qeyd edib ki, əvvəlki ilin də aşağı inflyasiya səviyyəsi nəzərə alınsa, son 2 ildə qiymət artımı cəmi 2,1% təşkil edib: "Buna olduqca mürəkkəb şəraitdə nail olunub. Ötən il Azərbaycanda böyük məbləğdə sosial paketlər, kreditlərin restrukturizasiyası həyata keçirilib, üstəlik dünyada ərzaq qiymətləri 12% artıb. Azərbaycan iqtisadiyyatı da dünya iqtisadiyyatı ilə əlaqəlidir, bu cür şəraitdə pul kütləsi 24% artırılıb, buna baxmayaraq aşağı inflyasiya əldə edilib.

Sorğular göstərir ki, Azərbaycan əhalisinin inflyasiya gözləntiləri, manatın məzənnəsinin dəyişməsi ilə bağlı gözləntiləri olduqca aşağıdır və bu da gələcəkdə inflyasiyanı idarə etmək üçün çox mühüm amillərdən biridir".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər