Ru
15:12 / 15 Avqust 2025

Azərbaycanda yeni futbol klubu yaradıldı

Azərbaycanda yeni futbol klubu yaradıldı
Eye

Azərbaycanda daha bir futbol klubu fəaliyyətə başlayıb.

Bakupost.az Sport1.az-a istinadən xəbər verir ki, "Zəngəzur" adlı komanda yeni mövsümdən Region Liqasında çıxış edəcək.

Klubun təsisçisi və prezidenti Şahin Məmmədovdur. Komanda Qərbi Azərbaycanı təmsil edəcək. "Zəngəzur" Region Liqasında paytaxt və Şimal zonasında mübarizə aparacaq. Klub ev oyunlarını Bakıda keçirəcək. Komandanın başlıca məqsədi çempion olaraq II Liqaya yüksəlməkdir.

Yeni yaranan komandanın büdcəsi 100 min manatdan çoxdur. Kollektivə Qərbi Azərbaycan İcmasının da dəstək olacağı vurğulanır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar