Ru
11:45 / 29 İyun 2026

Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı

Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
Eye

Tehran Prokurorluğu xaricdə yaşayan bir sıra siyasi və media fəallarına qarşı ittihamlar irəli sürüb.

Bakupost.az xəbər verir ki, bu haqda "Fars" xəbər agentliyi məlumat yayıb.

Barələrində ittiham irəli sürülən şəxslərdən birinin İranın keçmiş şahı Məhəmməd Rza Pəhləvinin Amerikada yaşayan oğlu Rza Pəhləvi olduğu bildirilib.

Bununla yanaşı İranda monarxiyanın bərpası tərəfdarı olan “İran İnternational” və “Manoto” televizyalarına qarşı da ittihamlar irəli sürülüb.

Həmin media qurumları və şəxslər yanvarın 8 və 9-da İranda keçirilən etiraz aksiyalarına “zəmin yaratmaq”da günahlandırılıblar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar