Ru
16:40 / 17 Sentyabr 2025

Rusiyayadan Azərbaycana qarşı növbəti təxribat - Bu dəfə futbolda

Rusiyayadan Azərbaycana qarşı növbəti təxribat - Bu dəfə futbolda
Eye

Rusiya mətbuatında UEFA-nın iclasında Azərbaycanın Rusiya milli komandalarının və klublarının beynəlxalq turnirlərdə iştirakının bərpasını dəstəklədiyi ilə bağlı xəbər yayılıb.

Bakupost.az xəbər verir ki, "Sport24.ru", "Gazeta.ru" kimi saytlarda Azərbaycanla yanaşı Qazaxıstan, Bolqarıstan, Serbiya, Bosniya və Herseqovina, Yunanıstan və Macarıstan Rusiyanın geri dönməsinin tərəfdarı olduqlarını bildiriblər.

Həmçinin, Portuqaliya, İspaniya, İtaliya, İsveçrə, Slovakiya, Sloveniya və Çexiya məsələnin müzakirəyə açıq olduğunu, UEFA-nın razılığı olduğu təqdirdə bu varianta baxmağa hazır olduqlarını bildiriblər.

Qeyd olunub ki, Polşa, Latviya, Litva, Estoniya, Ukrayna, o cümlədən Fransa , Almaniya, Hollandiya, Danimarka, Belçika, İngiltərə, İrlandiya, Şotlandiya və İslandiya Rusiyanın geri qaytarılmasına qarşı çıxıblar. Polşa və Baltikyanı ölkələr xüsusilə sərt mövqe nümayiş etdiriblər

Mövzu ilə bağlı AFFA-dan "Apasport"a bildirilib ki, bu xəbər həqiqəti əks etdirmir.

Qeyd olunub ki, bununla bağlı UEFA-dan AFFA-ya sorğu gəlməyib. Sözügedən iclasda AFFA nümayəndələrindən heç kəs iştirak etməyib.

UEFA İcraiyyə Komitəsində üzvünün olmadığını bildirən AFFA bu işlərə qarışmağa səlahiyyətlərinin olmadığını bildirib.

Aysel,
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar