Ermənistanda dizel yanacağının qiyməti 20% ucuzlaşıb.
Bakupost.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdə hökumət saatında deyib.
Qeyd edək ki, Azərbaycan 9 yanvarda Ermənistana 2698 ton neft məhsulları (48 vaqon), o cümlədən 1742 ton Aİ-95 benzini və 956 ton dizel yanacağı göndərib.
Bundan öncə isə Azərbaycanın sayəsində benzinin satış qiymətinin 15% aşağı düşdüyü bildirilmişdi.
Asena,
BakuPost
Yəni Ermənistanda benzinin 1 litrinin qiyməti bizim pulla 75 qəpik oldu. Azərbaycanda bu qiymət neçiyədi görəsən?????. müharibəni biz mi udduq Ermənistan mı?