Ru
22:27 / 02 Dekabr 2025

Azərbaycanın Tehrandakı səfiri İran rəsmiləri ilə görüşdü

Azərbaycanın Tehrandakı səfiri İran rəsmiləri ilə görüşdü
Eye

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə, XİN-in Protokol İdarəsinin baş direktoru Əli Əkbər Nəzəri və Avrasiya İdarəsinin baş direktoru Mənuçehr Muradi ilə görüşüb.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyinin “X” hesabında məlumat verilib.

Səfir Əli Əlizadə görüş zaman Azərbaycan Respublikasının Təbrizdəki yeni baş konsulu Taleh Zöhrabovu onlara təqdim edib.

Keçirilən görüşlərdə həmçinin, ikitərəfli əlaqələrə və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

İran XİN-in Protokol İdarəsinin baş direktoru Əli Əkbər Nəzəri ilə keçirilən görüş zamanı baş konsul Taleh Zöhrabov konsul patentini ona təqdim edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar