Ru
19:21 / 28 İyul 2020

“Azərbaycanın torpaqlarını azad etmək səylərinə dəstək veririk” - Ərdoğan - VİDEO

3464
Ankara siyasi, iqtisadi, hərbi və diplomatik sahələrdə Türkiyə və onun müttəfiqlərinin maraqlarının qorunması istiqamətində atdığı addımları ləngitməyəcək.

“BakuPost” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trabzon vilayətindəki Panaqiya monastırı və Ayasofya məscidindəki bərpa işlərinin ikinci mərhələsinin başa çatmasına dair videokonfrans formatında təşkil olunmuş mərasimdə çıxış edərkən deyib.

Türkiyə lideri qeyd edib ki, bunun göstəricisi Türkiyənin Suriya və Liviyadakı addımları olub.

"Azərbaycandakı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmək və vətənlərini müdafiə etmək səylərinə də eyni anlayışla dəstək veririk", - deyə Ərdoğan bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər