Sosial media hesabında övladının videosunu paylaşan ana minlərlə baxış toplayıb.
Bakupost.az xəbər verir ki, "evdə elə bil ingilis uşağı yaşayır” sözləri ilə paylaşılan video müxtəlif platformalarda böyük marağa səbəb olub.
Ana bildirib ki, onun uşağı ingilis dilini yalnız film və cizgi filmlərindən öyrənib və indiyə qədər heç bir kursa və ya müəllim yanına getməyib.
Video əda uşağın Britaniya aksenti ilə səlis danışması istifadəçiləri heyrətləndirib. Bir çox istifadəçilər heyrətlərini ifadə edib, bəziləri isə bunun təcrübədən keçmiş və təsdiqlənmiş bir üsul olduğunu bildiriblər.
Asena,BakuPost