Ru
10:40 / 10 Noyabr 2021

Azercell-dən yeni “010” nömrələri

Azercell-dən yeni “010” nömrələri
Eye

Azərbaycanın mobil rabitə operatoru “Azercell” şirkəti yeni “010” prefiksli (şəbəkə kodlu) nömrələri istifadəyə verib.

Şirkətdən Bakupost.az -a verilən məlumata görə, müştərilər bəyəndiyi “010” prefiksli nömrəni azercellim.com saytı vasitəsilə seçib dərhal rəsmiləşdirə bilər. Həmin sayt üzərindən nömrə üçün onlayn ödəniş tamamlandıqdan sonra abunəçinin qeyd etdiyi əlaqə nömrəsi və ya elektron ünvanına xüsusi sifariş kodu göndərilir. Həmin kodu 7 gün ərzində istənilən “Azercell” satış məntəqəsinə təqdim etməklə yeni nömrəni əldə etmək mümkündür.

Şirkətinin prezidenti Zərinə Zeynalovanın sözlərinə görə, “Qaliblərin seçimi!” şüarı ilə ifadə olunan “010” seriyalı nömrələr Vətən müharibəsində qalibiyyətin ilk ildönümünə ithaf olunur.

“İlkin onlayn satış kanalının Azərbaycanın mobil rabitə bazarında daha geniş təqdimatı abunəçilərimiz üçün “Azercell” servislərini daha əlçatan və rahat edir, eyni zamanda bizə müştəri xidmətlərimizin səviyyəsini artırmağa şərait yaradır”, - deyə Z. Zeynalova qeyd edib.

Yeni nömrənin aktivləşdirilmə şərtləri və tariflər haqqında daha ətraflı məlumatı “Azercell”in rəsmi veb-səhifəsindən (azercell.com) əldə etmək olar.

Şərhlər
  • Esedov seid

    Xeyili olsun

  • Məcnun

    010 366-70-10 nömrəsi varmı?

  • Ibadov Qorxmaz

    0102291989

  • Salam sizde

    010 5253919 010 524 3919 var

  • Qaqaş

    Sizdə 0108683868 nömrəsi var

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar