Ru
16:07 / 18 Dekabr 2023

Neftçalanın bu kəndləri qazlaşdırılacaq - Baş nazirdən millət vəkilinin müraciətinə cavab

Neftçalanın bu kəndləri qazlaşdırılacaq - Baş nazirdən millət vəkilinin müraciətinə cavab
Eye

Millət vəkili Sabir Rüstəmxanlının Nefçala rayonunun Yeniqışlaq kəndinin qazlaşdırılması ilə bağlı Baş nazir Əli Əsədova ünvanladığı müraciət cavablandırılıb.

Bakupost.az xəbər verir ki, millət vəkilinin müraciəti “Azəriqaz” İstehsalat Birliyinə yönləndirilib.

"Azəriqaz"ın baş direktoru Ruslan Əliyevin millət vəkilinə cavab məktubunda cari ildə Neftçala rayonunun Beştalı və Mirzəqurbanlı kəndlərində qazlaşdırma işlərinin tamamlandığı bildirilib.

Qeyd olunub ki, rayonun digər yaşayış məntəqələrinin, o cümlədən Yeniqışlaq kəndinin qazlaşdırılması məsələsinə maiyyə imkanları çərçivəsində baxılacaq.

Zaur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar