Ru
19:52 / 13 Avqust 2026

Azyaşlı uşağın yoxa çıxması ilə bağlı yeni DETALLAR

Azyaşlı uşağın yoxa çıxması ilə bağlı yeni  DETALLAR
Eye

Sosial şəbəkələrdə və bəzi media resurslarında paytaxtın Pirallahı rayonunda vətəndaş F.Zeynalovanın azyaşlı övladının onun icazəsi olmadan aparılması ilə bağlı yayılan məlumat polis əməkdaşları tərəfindən araşdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli ''Bakupost''a bildirib ki, azyaşlının valideyni ərazi üzrə müvafiq polis orqanına dəvət olunub.

Araşdırma zamanı müəyyən edilib ki, azyaşlı ailənin digər üzvü tərəfindən aparılıb, hazırda isə valideyninin himayəsindədir.

Məsələ ilə bağlı əlavə araşdırmalar davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar