Ermənistandan Rusiyaya gətirilən kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin təmini, onlara dair məcburi tələblərin yerinə yetirilməsi şərtləri ilə tədarük bərpa oluna bilər.
"Bakupost" xəbər verir ki, bu barədə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sözügedən məsələ Almatıda Avrasiya İqtisadi İttifaqının Aqrar-Sənaye Siyasəti Şurasının VII iclası çərçivəsində baş tutan, Rusiya Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Oksana Lut ilə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan arasında keçirilən görüşdə müzakirə olunub.
Qeyd edək ki, bir sıra Ermənistan mallarına Rusiyaya məhdudiyyətlər tətbiq edib.