Ru
17:23 / 13 Avqust 2026

Marsda qiymətli daşlar tapıldı - FOTO

Marsda qiymətli daşlar tapıldı -  FOTO
Eye

“NASA”nın “Perseverance” aparatı Marsın Jezero kraterində araşdırmalar zamanı alimləri təəccübləndirən mineral aşkarlayıb.

“Bakupost” xəbər verir ki, aparatın lazer sistemləri ilə apardığı analizlər nəticəsində Marsda ilk dəfə korund mineralı müəyyən edilib. Bu mineral Yer kürəsində yaqut və sapfirin əsas xammalı hesab olunur.

Alimlər korundun Marsda milyardlarla il əvvəl Jezero kraterini yaradan nəhəng meteorit toqquşması nəticəsində əmələ gəldiyini düşünürlər. Güclü zərbə zamanı yaranan yüksək temperatur və təzyiqin, həmçinin hidrotermal mayelərin təsiri ilə korundun formalaşması üçün uyğun şərait yarandığı ehtimal edilir.

Araşdırmanın nəticələri Marsın geoloji keçmişi və planetdə qiymətli mineralların necə yarandığı barədə yeni məlumatlar verə bilər.

Vüsalə Hüseynova,
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar