Qrenlandiyanın Petermann buzlağında bir şəhər ölçüsündə buz parçası qopub.
“Bakupost” xəbər verir ki, “New York Post” qəzetinin məlumatına görə, Ottava Universitetinin beynəlxalq tədqiqat qrupu yaranan buz adasının 2012-ci ildən bəri Arktikada buz parçasının ən böyük itkisi olduğunu qeyd edib.
Alimlərin fikrincə, qopan parçanın uzunluğu 70 kilometrdən çox, qalınlığı isə təxminən 150 metrdir.
Mütəxəssislərin fikrincə, bu, sonuncu belə hadisə olmayacaq- yaxın gələcəkdə buzlaqdan daha iki buz parçası qopa bilər ki, nəticədə onun sahəsini təxminən 22 faiz qədər azala bilər.
Mütəxəssislər xəbərdarlıq edir ki, qırılmış buz parçaları illərlə üzərək gəmilər üçün ciddi təhlükə yarada bilər.
Buzlağın və onun qırılmış parçalarının monitorinqi peyk görüntülərindən istifadə edilməklə davam etdiriləcək.
Rüfət Sultan,
BakuPost