Ru
19:13 / 13 Avqust 2026

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutdu

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutdu
Eye

Rusiya və Ukrayna Belarus ərazisində mülki şəxslərin dəyişdirilməsi əməliyyatını həyata keçirib.


“Bakupost” xəbər verir ki, bu barədə “BelTA” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, mübadilə çərçivəsində 8 nəfər Rusiyaya, 7 nəfər isə Ukraynaya təhvil verilib. Prosedur “Novaya Quta” keçid məntəqəsində baş tutub.

Hadisə yerində Belarusun təcili tibbi yardım heyəti və feldşerləri növbətçilik edib.

Xatırladaq ki, mülki şəxslərin bundan əvvəlki mübadiləsi iyunun 27-də baş tutmuşdu. Həmin vaxt Ukrayna tərəfi 5-i Kursk vilayətinin sakini olmaqla, ümumilikdə 7 mülki şəxsi Rusiyaya qaytarmışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar