Ru
17:27 / 11 Dekabr 2025

Bacısının yasından qayıdan sürücü digər bacısının ölümünə səbəb oldu

Bacısının yasından qayıdan sürücü digər bacısının ölümünə səbəb oldu
Eye

Lerikdə ölümlə nəticələnən yol qəzası baş verib.

Bakupost.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, idarə etdiyi “Vaz 2121” markalı avtomobillə Bakıdan – bacısının yas mərasimindən qayıdan Lerik sakini Akif Ağacanov nəqliyyat vasitələri nasaz olduğu üçün yolda qalan həmkəndliləri ilə rastlaşıb.

Qeyd olunub ki, A.Ağacanov kömək məqsədilə dayanaraq həmkəndlilərinə yaxınlaşdıqdan qısa müddət sonra dağlıq ərazidə üzü yoxuşa saxladığı avtomobil geriyə doğru hərəkət etməyə başlayıb və yoldan çıxaraq dərəyə yuvarlanıb.

Nəticədə avtomobildə olan sərnişin - sürücünün digər bacısı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

“İlk baxışdan təsadüfi hadisəyə bənzəsə də, əslində dağlıq relyefdə dayandırılmış avtomobillə bağlı zəruri təhlükəsizlik tədbirlərinin görülüb-görülmədiyi, mühərrikin söndürülüb-söndürülmədiyi, duracaq tormoz sisteminin qoşulub-qoşulmadığı, həmin sistemin, ümumilikdə avtomobilin saz vəziyyətdə olub-olmaması kimi sualların meydana gəlməsi hadisənin ehtiyatsızlıqdan qaynaqlandığı ehtimalını yaradır”.

Baş Dövlət Yol Polisi İdarəsi bir ailənin faciəsi ilə nəticələnən sözügedən yol qəzasının xüsusatlarını sürücülərin diqqətinə çatdırmaqla, bir daha onları yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağa, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar