Ru
07:00 / 23 İyun 2026

“Badam” klinikasının direktoru istefa verdi - VİDEO

“Badam” klinikasının direktoru istefa verdi - VİDEO
Eye

“Badam Medical Center”in direktoru Fuad Məmmədov vəzifəsindən ayrılıb.

“BakuPost” xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat verib.

Fuad Məmmədov bildirib ki, qərarı öz istəyi ilə qəbul edib. Onun sözlərinə görə, klinikada aparılan yeni struktur dəyişikliyi ilə razılaşmadığı üçün direktor vəzifəsindən ayrılıb.

“Missiyamı başa vurmuş hesab edirəm”, – deyə o qeyd edib.

Qeyd edək ki, son struktur dəyişikliklərindən sonra “Badam Medical Center” və “Caspian Hospital”ın idarəçiliyi birləşdirilib və vahid baş direktor vəzifəsi yaradılıb. Bu posta indiyədək “Caspian Hospital”a rəhbərlik edən Cəbrayıl Abbasov təyin olunub.

Hər iki tibb müəssisəsi eyni sahibkar qrupuna məxsusdur. Məhz bu dəyişiklikdən sonra Fuad Məmmədovun vəzifəsindən ayrılması baş verib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar