Ru
14:11 / 04 Noyabr 2019

Bakı-Gəncə qatarının hərəkət cədvəli dəyişdirilir - FOTO

Bakı-Gəncə qatarının hərəkət cədvəli dəyişdirilir -  FOTO
Eye

Qış mövsümünə keçidlə əlaqədar noyabrın 12-dən Bakı-Gəncə-Bakı sürət elektrik qatarının hərəkət cədvəli dəyişdiriləcək.


Bu barədə BakuPost.az-a Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.


Məlumata görə, gündüz vaxtının qısalması səbəbindən və sərnişinlərin müraciətlərini nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” QSC həmin istiqamətdə qatarların qrafikini yeniləyib.

702/701 nömrəli qatar Bakıdan saat 08:45-da yola düşəcək, saat 13:00-da Gəncəyə çatacaq. Gəncədən saat 17:00-da yola düşən qatar isə saat 21:15-də Bakıda olacaq.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar