Ru
23:29 / 07 Avqust 2025

Bakı ilə İrəvan arasında tezliklə sülh sazişinin əldə edilməsi... - Piqott

Bakı ilə İrəvan arasında tezliklə sülh sazişinin əldə edilməsi... - Piqott
Eye

ABŞ Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişinin əldə edilməsində maraqlı olduğunu bir daha təsdiqləyib.

Bakupost.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Tommi Piqott keçirdiyi brifinqdə deyib.

“ABŞ prezidenti Donald Tramp və Dövlət katibi Marko Rubio dəfələrlə tez bir zamanda razılaşmaya (Bakı ilə İrəvan arasında - red.) ümid etdiyini bildiriblər. Hər ikisi öz çıxışlarında bunu vurğulayıblar. Dövlət katibi hər fürsətdə bu məsələni gündəmə gətirir”, - o bildirib.

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mümkün imzalanması, eləcə də ABŞ-nin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi ilə bağlı sualları cavablandıran Dövlət departamentinin nümayəndəsi Ağ Evdəki görüşün nəticələrinin elan olunmasını gözləməyi tövsiyə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar