Ru
18:20 / 07 Noyabr 2025

Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq

Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq
Eye

Bakı Metropoliteni” QSC 8 noyabrda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.


Qurumdan Bakupost.az-a verilən məlumata görə, Zəfər Gününə həsr edilmiş hərbi parad və konsert proqramı ilə əlaqədar mərkəzi ərazilərə yaxın yerləşən “İçərişəhər”, “Sahil” və “28 May” xüsusi qaydada olmaqla, bütün stansiyalarda növbətçilik cədvəli əsasında nəzarət mexanizmləri gücləndiriləcək.

Şəhər mərkəzində keçiriləcək tədbirlərdə iştirak edəcək sərnişinlərin təhlükəsiz və rahat daşınması, eləcə də səmti daha asan müəyyən etmələri üçün stansiyalara əlavə işçi qüvvəsi cəlb ediləcək.

Həmçinin zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar