Ru
19:19 / 07 Noyabr 2025

Tbilisidə supermarketdə çalışan azərbaycanlı gənclərə zorakılıq edən şəxsi hansı cəza gözləyir?

Tbilisidə supermarketdə çalışan azərbaycanlı gənclərə zorakılıq edən şəxsi hansı cəza gözləyir?
Eye

Tbilisidə supermarketdə çalışan iki azərbaycanlı gəncə qarşı qrup halında zorakılığın təşkilində və ona rəhbərlik etməkdə ittiham olunan Manana Giorqobiani ilə bağlı etnik zəmində mümkün cinayət törətmək faktı üzrə də istintaq aparılır.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, bu barədə prokuror Giorgi Dolakidze bildirib.

Onun sözlərinə görə, faktla bağlı sübutlar toplanır və müvafiq hüquqi qiymətləndirmə veriləcək.

“Giorqobianiyə qarşı irəli sürülmüş ittihamların ağırlaşdırılacağı istisna edilmir”, - prokuror əlavə edib.

Dolakidze deyib ki, Giorqobiani istintaqla əməkdaşlıqdan imtina edib, ifadələr verməyib və ona psixiatrik ekspertiza təyin olunub.

Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsi bu gün Giorqobiani barəsində həbs qətimkan tədbiri seçib. Hadisə ilə bağlı videogörüntülərdən məlum olur ki, o, mağazanın əməkdaşları olan azərbaycanlılara qarşı etnik zəmində müəyyən təhqiramiz ifadələr işlədib.

Faktla bağlı Giorqobianidən başqa daha 5 nəfər saxlanılıb. Günahları sübuta yetiriləcəyi halda onlar 9 ilədək həbs cəzası ala bilərlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar