Ru
22:59 / 22 Dekabr 2025

Fitso Slovakiyanın ən uzun avtomobil tunelinin açılışını, görün, necə etdi?

Fitso Slovakiyanın ən uzun avtomobil tunelinin açılışını, görün, necə etdi?
Eye

Slovakiyanın Baş naziri Robert Fitso 27 il davam edən tikinti işlərindən sonra açılan "Vişnyove" yeraltı tunelində roller konkilər sürüb.

Bakupost.az xəbər verir ki, bu barədə siyasətçi "
Facebook sosial şəbəkə səhifəsində paylaşım edib.

"Bu gün "Vişnyove" tunelinin slovakların həyatını yaxşılaşdıracağına görə sevinənlərə qoşuluram - siyasətin əsas missiyası da məhz budur", - deyə Fitso yazıb.

Qeyd edək ki, 1990-cı illərin sonlarında başlayan tikinti prosesi çoxsaylı fasilə və gecikmələrlə 27 ildən çox davam edib. 7,5 km uzunluğunda olan tunel yeni 13,5 km-lik avtomagistral hissəsinin əsas elementidir və Slovakiyanın ən uzun avtomobil tuneli hesab olunur.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar