Ru
23:20 / 22 Dekabr 2025

Şəhid bacısı Ağcabədidə qəzaya düşdü: Yaralılar var

Şəhid bacısı Ağcabədidə qəzaya düşdü: Yaralılar var
Eye

Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, KIA markalı avtomobil VAZ-2106 markalı maşınla toqquşub. Baş verən qəzada VAZ-da olan 74 yaşlı Əli Bayramqulu oğlu Əhmədov müxtəlif dərəcəli xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

KIA markalı avtomobildə olan Aynur Mahir qızı Həsənovanın xəsarətləri yüngül olduğundan ilkin yardım edilib, müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, KIA markalı avtomobil 44 günlük Vətən müharibəsi şəhidi Məqsəd Həsənovun ailəsinə məxsusdur və xəsarət alan A.Həsənova şəhidin bacısıdır.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar