"Qarabağ"da yanvar ayında ayrılıqlar yaşana bilər.
Bakupost.az Fanat.az-a istinadla xəbər verir ki, namizədlərdən biri də Marko Yankoviçdir.
Monteneqrolu yarımmüdafiəçi ilə Yunanıstan nəhəngləri - "Olimpiakos" və "Panatinakos", eyni zamanda Zaqreb "Dinamo"su yaxından maraqlanır.
Markoya olan maraq artıq yaydan bəri var. Lakin o zaman bu keçid baş tutmamışdı.
30 yaşlı futbolçunun "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayında bitir.
O, cari mövsüm 20 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.