Ru
21:46 / 22 Dekabr 2025

Tramp administrasiyası 48 səfiri geri çağıracaq -

Tramp administrasiyası 48 səfiri geri çağıracaq -
Eye

Tramp administrasiyası Asiya, Afrika, Şərqi Avropa, Mərkəzi və Cənubi Amerika ölkələrindən 48 səfiri geri çağırmaq qərarına gəlib.

Bakupost.az xəbər verir ki, bu barədə "The New York Post" (NY Post) mənbələrə istinadən məlumat yayıb.

"Associated Press" daha əvvəl geri çağırılmaların 29 ölkədəki diplomatik nümayəndəlik rəhbərlərinə aid olacağını bildirib.

"Bu, istənilən administrasiyanın standart prosedurudur. Səfir Prezidentin şəxsi nümayəndəsidir və Prezidentin həmin ölkələrdə "Amerika hər şeydən öndə" gündəliyini irəli sürən şəxslərin olmasını təmin etmək səlahiyyəti var", - qəzet Dövlət Departamentinin nümayəndəsinə istinadən bildirib.

Nəşr qeyd edib ki, Tramp administrasiyası hələ də ABŞ-nin əsas tərəfdaşları olan ölkələrdə daimi diplomatik nümayəndəlik rəhbərləri təyin etməyib. Xüsusən Avstraliya, Almaniya, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Koreya və Ukraynada Amerika səfirləri yoxdur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar