Ru
21:08 / 22 Dekabr 2025

Azərbaycanda hakim yol qəzasında vəfat etdi

Azərbaycanda hakim yol qəzasında vəfat etdi
Eye

Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol qəzası nəticəsində dünyasını dəyişib.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Sumqayıt–Pirşağı avtomobil yolunda baş verib.

Belə ki, hakimin avtomobili hərəkətdə olarkən qarşıdan gələn avtomobillə toqquşub.

Qəza nəticəsində avtomobilin sürücüsü ağır xəsarətlər alıb, hakim Aynur Rzayeva isə hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma başlanılıb.

Qeyd edək ki, Aynur Rzayeva şəhid övladı olub və 2022-ci ildən məhkəmə sistemində fəaliyyət göstərib.

O, 2022-ci ildə Prezident İlham Əliyevin "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında" sərəncamı ilə təyinat almışdı.

Bu barədə ilk məlumatı e-huquq.az saytı yayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar