Ru
20:49 / 22 Dekabr 2025

Hər ilin sonunda MDB dövlət başçılarını Peterburqa dəvət etmək...

Hər ilin sonunda MDB dövlət başçılarını Peterburqa dəvət etmək...
Eye

Rusiya Prezidenti Vladimir Putinin 9 May Qələbə günündə həmkarlarını Moskvada və ilin sonunda MDB liderlərini Sankt-Peterburqda toplamağa çalışması onun imperiya təfəkküründən irəli gəlir. Fazişm üzərində qələbədə keçmiş SSRİ-də yaşayan bütün xalqların iştirakı olub və SSRİ dağıldıqdan sonra hər bir ölkənin lideri həmin günü öz ölkəsində qeyd edə bilər, nə məcburdur Moskvada toplaşmağa?

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Eləcə də Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin liderləri niyə hər ilin sonunda məhz Sankt-Peternurqda qeyri-rəsmi sammitə qatılmalıdırlar? Putin sadəcə, bununla Rusiyanın qonşularından bir baş üstün olduğunu göstərməyə çalışır. Odur ki, Azərbaycan Prezidenti İlham Əliyev hər iki tədbirə qatılmamaqla doğru qərar verdi. Azərbaycanın Rusiya ilə münasibətləri gələcəkdə normallaşsa belə, 9 May Qələbə gününü Moskvada qeyd etməyə, MDB liderlərinin Sankt-Peterurq görüşündə isə iştiraka ehtiyac yoxdur”, - o bildirib.

Xatırladaq ki, Prezident İlham Əliyev bu gün Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirakdan imtina edib.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar