Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar paytaxtda keçirilən kütləvi-mədəni bayram tədbirləri və şəhər gəzintisi nəzərə alınaraq, "Bakı Metropoliteni" iş rejimini 1 saat uzadacaq.
Bakupost.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC məlumat yayıb.
Bildirilib ki, Bakı metropoliteninin bütün stansiyaları gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.