Ru
15:28 / 09 Sentyabr 2025

Bakı və Moskva arasında gərginliyi rusiyalı mayor yaradıb? - İlginc detallar

Bakı və Moskva arasında gərginliyi rusiyalı mayor yaradıb? - İlginc detallar
Eye

Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıq əməlləri, 2 həmyerlimizin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətlə yetirilməsi ilə əlaqədar Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk idarəsində yoxlamalar aparılır.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarına yaxın teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, sözügedən hadisələr Rusiyada geniş rezonans doğurub və Moskva ilə Bakı arasında diplomatik gərginliyə yol açıb:

“Hələ kütləvi həbslərdən əvvəl, Sverdlovsk vilayətində İstintaq Komitəsinin xüsusi əhəmiyyətli işlər üzrə dördüncü şöbəsinin rəhbəri, mayor Yaroslav Kuzvesov FTX və İstintaq Komitəsinin rəhbərliyini inandırırdı ki, Səfərovlar və Şıxlinski ailəsinin keçmiş cinayətlərə birbaşa aidiyyəti barədə inkarolunmaz sübutlara malikdir. Bu bəyanatlardan sonra o, əməliyyat tədbirləri keçirmək üçün "yaşıl işıq" alıb.

Lakin iki ay davam edən “araşdırmalardan” sonra məlum olub ki, azərbaycanlılara qarşı ittihamlar demək olar ki, yalnız bir neçə şahidin ifadələrinə əsaslanır. Faktiki sübutlar isə ya yoxdur, ya da hüquqi cəhətdən yetərli deyil".

Qeyd olunur ki, azərbaycanlılar barədə qeyri-obyektib məlumatlar onların kütləvi şəkildə saxlanılması ilə nəticələnib.

"Moskvadan gələn müstəntiqlərdən ibarət nümayəndə heyəti təcrübəli general-mayor İqor Nikolayevin rəhbərliyi altında Sverdlovsk Federal Təhlükəsizlik Xidmətinin niyə belə səhlənkarlığa yol verdiyini araşdırır. Çünki bu, təkcə reputasiya baxımından deyil, ümumiyyətlə, Rusiyaya çox baha başa gələ bilər", - deyə Rusiyanın "VÇK-OQPU" Teleqram kanalı vurğulayıb.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar