Ru
20:28 / 05 Avqust 2026

Bakıda 108 küçə və prospekt... − AAYDA açıqladı

Bakıda 108 küçə və prospekt... − AAYDA açıqladı
Eye

Bakının bütün inzibati rayonlarında 108 küçə və prospektdə təmir işləri aparılır.


"Bakupost" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Təmir proqramı çərçivəsində ümumilikdə 835 min 912 kvadratmetr yol sahəsinin yenilənməsi nəzərdə tutulub.

Bildirilib ki, hazırda 18 küçə və prospektdə təmir işləri başa çatdırılıb, daha 8 ünvanda isə işlər davam etdirilir. Qalan küçə və prospektlərdə təmir-bərpa işlərinin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar